Azərbaycanda son sutkada 421 nəfər COVID-19-dan sağalıb, 129 nəfər yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda son sutkada 421 nəfər COVID-19-dan sağalıb, 129 nəfər yoluxub, 4 nəfər vəfat edib
# 07 avqust 2020 16:48 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR