Azərbaycanda son sutkada 4392 nəfər COVID-19-dan sağalıb, 2284 nəfər yoluxub, 41 nəfər vəfat edib

Azərbaycanda son sutkada  4392 nəfər COVID-19-dan sağalıb, 2284 nəfər yoluxub, 41 nəfər vəfat edib
# 22 dekabr 2020 16:36 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 205 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147 199 nəfər müalicə olunaraq sağalıb, 2 294 nəfər vəfat edib, aktiv xəstə sayı 56384 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 221, ötən müddət ərzində isə ümumilikdə 2 088 358 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR