Azərbaycanda son sutkada 603 nəfər COVID-19-a yoluxub, 234 nəfər sağalıb, 6 nəfər vəfat edib

Azərbaycanda son sutkada 603  nəfər COVID-19-a yoluxub,  234 nəfər sağalıb, 6 nəfər vəfat edib
# 14 mart 2021 15:49 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir.

Ölkədə son sutka ərzində 8 945 , hazırkı dövrədək isə 2 710 126 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR