Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176  nəfər sağalıb, 7 nəfər vəfat edib
# 21 oktyabr 2020 15:02 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 46 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5 503 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 072, ötən müddət ərzində isə ümumilikdə 1 250 736 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR