Azərbaycanda son üç ayda ilk dəfə COVİD-19-a gündəlik yoluxma sayı 100-dən aşağı düşüb

Azərbaycanda son üç ayda ilk dəfə COVİD-19-a gündəlik yoluxma sayı 100-dən aşağı düşüb
  • Clock-gray 13:57
  • calendar-gray 09 Avqust 2020

Azərbaycanda mayın 13-dən sonra ilk dəfə gündəlik yeni növ koronavirusa (COVİD-19) yoluxma halı 100-dən az olub. 

APA-nın məlumatına görə, mayın 13-də  Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 65 yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış, 2 nəfər vəfat etmişdi.

Son sutka ərzində isə Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər