Azərbaycanda su ehtiyatları qiymətləndirilərək modelləşdiriləcək

Azərbaycanda su ehtiyatları qiymətləndirilərək modelləşdiriləcək
# 27 iyul 2020 17:06 (UTC +04:00)

Azərbaycanda su ehtiyatları qiymətləndirilərək modelləşdiriləcək.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.

Sənədə əsasən, 2020–2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və bununla bağlı məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyasını həyata keçirəcək.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020-ci ilin avqust–dekabr aylarında ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, istismarı, ölçmələrə nəzarətin həyata keçirilməsi və bununla bağlı məlumatların onlayn rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR