Azərbaycanda subartezian və artezian quyularının sifarişi qaydası müəyyənləşdiriləcək

Azərbaycanda subartezian və artezian quyularının sifarişi qaydası müəyyənləşdiriləcək
  • Clock-gray 16:49
  • calendar-gray 27 İyul 2020

Azərbaycanda subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydası müəyyənləşdiriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər planına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC 2020-ci ilin avqust–oktyabr ayları ərzində subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim etməlidir.

Firuzə Vahid

Digər xəbərlər