Azərbaycanda indiyədək ümumilikdə 263 961 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 21 383 nəfərdir.