Azərbaycanda valideyn himayəsindən məhrum sağlamlıq imkanları məhdud 300 uşaq var

Azərbaycanda valideyn himayəsindən məhrum sağlamlıq imkanları məhdud 300 uşaq var
# 23 sentyabr 2020 12:04 (UTC +04:00)

"Hazırda valideyn himayəsindən məhrum sağlamlıq imkanları məhdud olan uşaqlar müəssisələrdədir və onlar övladlığa gedə biləcək uşaqlar deyillər".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, həmin uşaqların sayı təqribən 300 nəfərdir: "Bu, o anlama gəlmir ki, həmin 300 uşaq övladlığa verilə bilər. Həmin 300 uşaqdan bir neçəsi övladlığa verilə bilər. Digərlərinin ailəsi var, sadəcə müəyyən çətinliklərə görə uşağı müəssisəyə qoyub. Məsələn, yaşadığı rayonda uşağı reabilitasiya edə biləcək mərkəz olmadığına görə övladını Bakıda yerləşən hansısa bir sosial xidmət müəssisəsinə yerləşdirib. Bu, bir neçə müddətlik baş verən prosesdir. "Hər valideyn himayəsindən məhrum olan uşaq övladığa verilə bilər" mənasına gəlmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR