Azərbaycanda xüsusi məktəblərdə dərslərin açılma tarixi müəyyənləşib

Azərbaycanda xüsusi məktəblərdə dərslərin açılma tarixi müəyyənləşib
# 29 avqust 2020 12:57 (UTC +04:00)

Azərbaycanda xüsusi məktəblərdə dərslərin açılma tarixi müəyyən olunub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.

Qeyd edilib ki, xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində sentyabrın 15-dən dərslər başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR