Azərbaycanda yeni medal təsis edilib - FOTO

Azərbaycanda yeni medal təsis edilib - FOTO
# 26 dekabr 2020 13:57 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliyi təsdiqləyib.

APA-nın məlumatına görə, dəyişikliklə, "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub.

Qeyd edək ki, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR