Azərbaycanda yoluxma halları azalan və qeydə alınmayan xəstəliklər məlum olub

Azərbaycanda yoluxma halları azalan və qeydə alınmayan xəstəliklər məlum olub
# 21 yanvar 2021 09:58 (UTC +04:00)

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR