Azərbaycandan Gürcüstana köçürülən ceyranların sayı 150-yə çatıb

Azərbaycandan Gürcüstana köçürülən ceyranların sayı 150-yə çatıb
# 14 dekabr 2020 11:41 (UTC +04:00)

Gürcüstanda Azərbaycan hökumətinin dəstəyi ilə ceyran populyasiyasının bərpası istiqamətində həyata keçirilən proqram uğurla davam etdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mühafizə olunan Ərazilər üzrə Agentliyi məlumat yayıb. Bildirilib ki, proqramın uğurla həyata keçirilməsi nəticəsində Gürcüstanda ceyranların sayı 150-yə çatıb.

Qeyd edək ki, 2013-cü ildə Gürcüstanın Vaşlovani dövlət qoruğunda Gürcüstan hökumətinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü, Almaniyanın maliyyə dəstəyi və Azərbaycan hökumətinin fəal iştirakı ilə ceyran populyasiyasının bərpası layihəsinə start verilib. Layihə çərçivəsində Azərbaycandan Gürcüstana 70-dən çox ceyran köçürülüb. Gürcüstanda ceyranların nəslinin 60-cı illərdə tükəndiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR