Azərbaycanın coğrafi obyektlərinin adlarının ingilis əlifbasına transliterasiyası qaydaları müəyyənləşib

Azərbaycanın coğrafi obyektlərinin adlarının ingilis əlifbasına transliterasiyası qaydaları müəyyənləşib
# 18 dekabr 2020 18:28 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar beynəlxalq istifadə üçün nəzərdə tutulan kartoqrafik və digər çap məhsullarının nəşri zamanı Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan dilindəki yazılış formasının ingilis əlifbasına və əksinə transliterasiyasının üsul və yollarını müəyyənləşdirir. Bu Qaydalar, eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda mövcud olan Azərbaycan mənşəli coğrafi obyektlərin adlarının ingilis dilinə transliterasiyasında da tətbiq edilə bilər.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rının ingilis əlifbasına transliterasiyası Milli transliterasiya standartlarına və Azərbaycan dilinin orfoqrafiya normalarına uyğun olaraq aparılır. Dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bu Qaydaların tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rının ingilis dilinə transliterasiyası onların Azərbaycan dilində rəsmi mənbələrdə (coğrafi obyektlərin adlarının dövlət kataloqunda, o cümlədən coğrafi obyektlərin adları lüğətlərində və soraq kitablarında və s.) təsbit olunmuş düzgün yazılış forması əsasında aparılır. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları ilə bağlı Azərbaycan dilində rəsmi material olmadığı təqdirdə, onların adları “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respub- likasının Qanununa uyğun olaraq müəyyənləşdirilir, dəqiqləşdirilir və işlədilir.Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının ingilis dilinə transliterasiyası bu Qaydaların 1.2-ci bəndi nəzərə alınmaqla, Azərbaycan dilindəki yazılışında hərfləri (işarələri) ingilis əlifbasında qarşılığı olan müvafiq hərflərə transliterasiya etməklə verilir. Bu zaman sözün yazılış forması onun tələffüzünün dəqiqliyi nəzərə alınmadan saxlanılır.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları üçün onların müasir Azərbaycan ədəbi dilində düzgün yazılış forması əsas götürülür. Coğrafi obyektlərin adlarında dialekt forması yalnız Azərbaycan dilində rəsmi mənbələrdə təsbit edildiyi hallarda saxlanılır. Məsələn: Erkəc - Erkeç, Xaçındərbəndli - Xaçındərbətli.

Transliterasiya zamanı ingilis əlifbasında böyük və kiçik hərflərin istifadəsi Azərbaycan əlifbasında yazılmış adlardakı böyük və kiçik hərflərə uyğun olmalıdır: Aşağı Ağcakənd - Ashaghi Aghjakend, Qubalıbalaoğlan - Gubalibaloghlan və s.

Bitişik, defislə və ayrı yazılan coğrafi obyektlərin adlarının yazılış forması ingilis dilinə transliterasiya zamanı olduğu kimi saxlanılır: Ağaşirinoba - Aghashirinoba, Birinci Paşalı - Birinci Pashali və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında Azərbaycan dilinin a, o, u arxa sıra və i, e ön sıra saitləri ingilis dilinə eyni saitlərlə transliterasiya olunur. İngilis əlifbasına transliterasiya zamanı ı, ü arxa sıra və ə, ö ön sıra saitləri ingilis əlifbasında qarşılığı olan uyğun saitlərlə əvəzlənir. Məsələn: Sarıcalı - Sarijali, Novruzlu - Novruzlu, Şelli - Shelli, Seyidli - Seyidli, Ağzıbir - Aghzibir, Alıbəyli - Alibeyli, Güllücə - Gulluja və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarında Azərbaycan dilində şəkilçilərin xeyli hissəsi saitlərin ahənginə uyğun olaraq dördvariantlı cərgə (-lı, -li, -lu, -lü; -çı, -çi, - çu, -çü; -sı, -si, -su, -sü və s.) əmələ gətirdiyindən dördvariantlı şəkilçilərin i u saitləri ilə işlənən variantları ingilis dilində verilir, digər, yəni ı ü saitləri ilə işlənənlər isə ingilis dilində uyğun saitlərlə əvəzlənir. Məsələn: Yusifcanlı - Yusifcanli, Yusifli - Yusifli, Gursulu - Gursulu, Külüllü - Kulullu, Arabaçılar - Arabachilar, Qaradəmirçi - Garadamirchi, Quşçular - Guşchular, Düdükçü -Dudukchu, Qasımbinəsi - Gasimbinasi, Qalacıq - Galajig, Şəkərcik - Shakarjik və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında a, e, i, o, u saitləri ingilis əlifbasına eyni hərflərlə transliterasiya olunur: Ağdam - Aghdam, Erkeç - Erkech, Kilit - Kilit, Kosacan - Kosajan, Çalburun - Chalburun və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında ə saiti aşağıdakı kimi transliterasiya edilir:

Azər, bəy, bəyim, dərə, dəhnə, ət, kənd, köhnə, pəyə, təpə, təzə sözlərinin bitişik və ya ayrı işləndiyi coğrafi adlarda e hərfi ilə transliterasiya edilir: Azərbaycan - Azerbaijan, Ağabəyli - Aghabeyli, Bəyimli - Beyimli, Xasıdərə - Khasidere, Böyük Dəhnə - Boyuk Dehne, Ətyeməzli - Etyemazli, Daşkənd - Dashkend, Köhnə Gəgir - Kohne Gagir, Güneypəyə - Guneypeye, Ağtəpə - Aghtepe, Təzə Şilyan - Teze Shilyan, Təzəkənd - Tezekend və s.

digər hallarda a hərfi ilə transliterasiya edilir: Ələt - Alat, Kijəbə - Kizhaba, Dəjəl - Dazhal, Qəşəd - Gashad, Ləcət - Lajat, Gəncə - Ganja, Şəlvə - Shalva, Xəlfəli - Khalfali və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında ı saiti ingilis dilinə i hərfi ilə transliterasiya edilir: Alpı - Alpi, Qumbaşı - Gumbashi, Yardımlı - Yardimli, Arısu - Arisu və s.

Qeyd. “Bakı” sözünün ingilis dilinə transliterasiyası zamanı

ı hərfinin u hərfi ilə transliterasiyası ənənəyə əsaslanır: Bakı - Baku.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında ö saiti ingilis dilinə o hərfi ilə transliterasiya edilir: Hövsan - Hovsan, Göygöl - Goygol, Köhnəqışlaq - Kohnegishlag və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarında ü saiti ingilis dilinə u hərfi ilə transliterasiya edilir: Aşağı Küngüt - Ashaghi Kungut, Aşağı Göynük - Ashaghi Goynuk, Söyüdlü - Soyudlu və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında b, d, f, h, k, l, m, n, p, r, s, t, v, y, z hərfləri ingilis əlifbasının eyni hərfləri ilə transliterasiya olunur: Baltalı - Baltali, Dəlləklər - Dallaklar, Fatmayı - Fatmayi, Baharlı - Baharli, Kolanı - Kolani, Ləzran - Lazran, Deman - Deman, Bərcan - Barjan, Gərsava - Garsava, Kövər - Kovar, Yenigiyan - Yenigiyan, Zevin - Zevin və s.

Qeyd. “Azərbaycan” sözünün ingilis dilinə transliterasiyası zamanı y hərfinin i hərfi ilə transliterasiyası ənənəyə əsaslanır: Azərbaycan - Azerbaijan.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında c samiti ingilis dilinə j hərfi ilə transliterasiya edilir: Cunud - Junud, Hacıalılar - Hajialilar və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında ç, ğ, x, j, ş samitləri ingilis dilinə müvafiq olaraq ch, gh, kh, zh, sh hərf birləşmələri ilə transliterasiya edilir: Balçılı - Balchili, Muğanlı - Mughanli, Xıdırlı - Khidirli, Jiy - Zhiy, Şəfəqli - Shafagli və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında g q samitləri ingilis əlifbasına g hərfi ilə transliterasiya edilir: Görədil - Goradil, Goranboy - Goranboy, Qarabağ - Garabagh, Qarabulaq - Garabulag, Abbasqulular - Abbasgulular və s.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rında qoşa samitlər ingilis əlifbasına uyğun qoşa samit hərflərlə transliterasiya edilir: Qaraməmmədli - Garamammadli, Rəsullu - Rasullu, Müzəffəroba - Muzaffaroba, İkinci Yeddioymaq - Ikinji Yeddioymag və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR