İşğal altında olan Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı 54-ə çatıb - YENİLƏNİB

İşğal altında olan Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı 54-ə çatıb - YENİLƏNİB
# 02 iyun 2020 19:19 (UTC +04:00)

Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxma halları artır.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, daha 8 yeni yoluxma faktı qeydə alınıb.

Yeni yoluxanların hamısı Xankəndi şəhərinin sakinidir.

Bununla da, işğal altındakı ərazilərimizdə COVID-19-a yoluxanların sayı 54-ə çatıb.

***

16.16

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 46 nəfərə çatıb.

Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb.

Hazırda 100 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR