Azərbaycanın şimal bölgəsinə qar yağıb, temperatur mənfi 7 dərəcəyə düşüb - FOTO

Azərbaycanın şimal bölgəsinə qar yağıb, temperatur mənfi 7 dərəcəyə düşüb - FOTO
  • Clock-gray 10:20
  • calendar-gray 19 Yanvar 2021

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, temperatur mənfi 7 dərəcəyədək enib.

Rayonun Qrız kəndində  qarın hündürlüyü 5 sm, Bostankeş kəndində 3 sm olub.

Xızının Altıağac qəsəbəsində 1 sm,Qusarın Ləzə kəndində 5 sm-ə qədər qar qeydə alınıb.

Vəli Turan

Digər xəbərlər