Azərbaycanla Avropa ölkələri arasında readmissiya prosesi təxirə salınıb

Azərbaycanla Avropa ölkələri arasında readmissiya prosesi təxirə salınıb
# 10 mart 2021 10:27 (UTC +04:00)

Ötən il Azərbaycanın imzaladığı readmissiya sazişləri (Avropa İttifaqı, Norveç Krallığı, Monteneqro Respublikası və İsveçrə Konfederasiyası) çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən irəli gələrək, xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın geri qəbul edilməsi davam etdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, xüsusi karantin rejimi tətbiq edildikdən sonra ölkə ərazisinə giriş-çıxış dayandırıldığından (həmçinin qarşı tərəf dövlətlərin aidiyyəti orqanları ilə qarşılıqlı razılıq əsasında) bu proses təxirə salınıb.

Eyni zamanda, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinliklərin operativ həlli, həmin şəxslərin cəmiyyətə reinteqrasiysı işinin səmərəli təşkili məqsədi ilə yaradılmış Reinteqrasiya işçi qrupunun iclasının mövcud karantin şəraitində keçirilməsi mümkün olmadığından, qurumlararası əməkdaşlıq nəticəsində 34 şəxsin təhsili, iş, yaşayış yeri, ünvanlı sosial yardım və digər ehtiyacları ilə bağlı məsələlərə baxılıb, bu istiqamətdə işlər davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR