Azərbaycanlı alim insult xəstələri ilə bağlı mühüm elmi tədqiqat ərsəyə gətirib

Azərbaycanlı alim insult xəstələri ilə bağlı mühüm elmi tədqiqat ərsəyə gətirib
# 06 yanvar 2021 16:09 (UTC +04:00)

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dünyanın məşhur tibb mütəxəssisləri ilə birgə ərsəyə gətirdiyi elmi tədqiqat nevrologiya sahəsində ixtisaslaşmış ən nüfuzlu jurnallardan olan "JAMA Neurology" (impakt faktor 13,6) tərəfindən çapa qəbul edilib.

APA-nın məlumatına görə, elmi tədqiqat jurnalda dərc olunaraq dünyanın elm ictimaiyyətinə təqdim ediləcək.

Azərbaycanlı alimin Amerika, Avropa və Asiyanın bir neçə məşhur elm adamları ilə birlikdə həmmüəllif olduğu araşdırmada insult xəstələrində indiyədək həyata keçirilməyən kiçik damar əməliyyatlarının uğurlu icrasının mümkünlüyü göstərilib. Tədqiqatda belə əməliyyatların effektivliyinin də bu günə qədər icra olunan böyük damar əməliyyatları qədər yararlı olduğu sübut edilir. Bununla bərabər xəstələrin əməliyyatdan ciddi şəkildə faydalanmasından və hətta onların ölümünə səbəb olacaq hallardan qorunmasından da bəhs edilir. Belə ki, indiyə qədər kəskin işemik insultdan əziyyət çəkən şəxslər üzərində yalnız böyük damar əməliyyatları həyata keçirilirdi və kiçik damar əməliyyatlarının təhlükəli olduğu bildirilirdisə, yeni elmi tədqiqatla kiçik damar əməliyyatlarının uğurlu icrasının mümkünlüyü sübut olunub.

Qeyd edək ki, N.Abdullayev 2020-ci ildə apardığı digər elmi tədqiqatlarla müasir tibb sahəsində bir sıra yeniliklərə imza atıb. Azərbaycanlı alim təkcə 2020-ci ildə dünyanın ən nüfuzlu jurnallarında dərc edilən 19 elmi tədqiqata müəlliflik edib. N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR