"Azərişıq" əməkdaşlarının vaksinasiyasına başlanılıb - FOTO

"Azərişıq" əməkdaşlarının vaksinasiyasına başlanılıb - FOTO
  • Clock-gray 12:38
  • calendar-gray 06 Aprel 2021

Bu gündən "Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyasına başlanılıb.

Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

"APA-Economics"in məlumatına görə, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1 000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub: "Daim əməkdaşlarının təhlükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişiq" pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib. Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1 000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. 50 yaşdan yuxarı olan əməkdaşlarımıza da vaksinasiyası üçün şərait yaradılıb".

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" əməkdaşlarına da Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini vurulacaq: "Hər gün üçün təxminən 200 nəfər "Azərişıq" əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur".

Hüseyn Vəliyev

Digər xəbərlər