“Azərsu” ASC-nin sədri: "2010-2019-cu illərdə ölkədə 44 yeni su mənbəyi yaradılıb"

“Azərsu” ASC-nin sədri: "2010-2019-cu illərdə ölkədə 44 yeni su mənbəyi yaradılıb"
  • Clock-gray 16:10
  • calendar-gray 01 İyul 2020

“Bizim şirin sulara əlçatanlığımız daha böyük investisiya tələb edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli MəclisinTəbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə çıxış edən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.

Q. Hüseynov Azərbaycanın şirin su ehtiyatları, onlardan istifadə vəziyyəti, son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və regionlarda həyata keçirilən layihələrdən söz açıb: “Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. İçməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və Viləşçay su anbarlarıdır. 2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb. “Azərsu” ASC tərəfindən 500 hektar yaşıllıq sahəsi salınıb, 300 mindən çox ağac və kol əkilib ki, bu da əlavə su tələb edir. 140 km magistral su kəmərləri çəkilib, 2650 km paylayıcı su şəbəkəsi, 4860 km binadaxili xətlər çəkilib, 69 km uzunluğunda mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb, məhəllədaxili 14 anbar tikilib, 402 min ədəd su sayğacı quraşdırılıb”.

Firuzə Vahid

Digər xəbərlər