BBC: Çinin COVID-19-a qarşı hazırladığı “CoronaVac” peyvəndinin analoqlarından bir çox üstünlüyü var

BBC: Çinin COVID-19-a qarşı hazırladığı “CoronaVac” peyvəndinin analoqlarından bir çox üstünlüyü var
# 09 dekabr 2020 12:31 (UTC +04:00)

COVID-19 peyvəndinin istehsalı üçün qlobal fəaliyyət davam etdiyi bir vaxtda Çin peyvəndin ən qabaqcıllarından olan “SoronaVac”ın xarici ölkələrə tədarükü ilə böyük addımlar atıb.

APA-nın xəbərinə görə, BBC-nin hazırladığı məqalədə bildirilir ki, Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi "CoronaVac" kütləvi peyvəndləmə kampaniyası üçün artıq İndoneziyaya göndərilib, yanvar ayına qədər 1.8 milyon doza göndərilməsi nəzərdə tutulur.

Məqalədə bildirilir ki, “Sinovac Biotech” şirkətinin hazırladığı "CoronaVac" təsirsiz hala gətirilmiş peyvənddir ki, bu da orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş viral hissəciklərdən istifadə olunur.

Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə bildirib ki, "CoronaVac" quduzluq və digər bir sıra xəstəliklərə qarşı istifadə olunan peyvəndlərdə uğurla istifadə olunan daha ənənəvi metodla hazırlanıb.

Məqalədə qeyd olunur ki, "CoronaVac"ın əsas üstünlüklərindən biri standart olaraq 2-8 dərəcədə soyuducuda saxlanıla bilməsidir.

Müqayisə üçün bildirilir ki, koronavirusa qarşı nəzərdə tutulan “Moderna” peyvəndinin saxlanılması üçün -20, “Pfizer” peyvəndinin saxlanılması üçün isə -70 dərəcə tələb olunur.

Bu isə o deməkdir ki, “Sinovac” şirkətinin hazırladığı "CoronaVac" peyvəndi bu cür aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyəcək inkişafda olan ölkələr üçün daha əlverişlidir.

Qeyd edək ki, "CoronaVac" Çində artıq xüsusi risk qrupundan olan bir milyon nəfərə vurulub. Peyvəndin hazırda İndoneziya, Türkiyə, Braziliya və Çilidə eksperimental tətbiqi həyata keçirilir. Türkiyə COVID-19-a qarşı 50 milyon doza peyvənd alınması üçün "Sinovac Biotech" şirkəti ilə müqavilə imzalayıb. Bu ay Türkiyəyə 10 milyon doza peyvənd çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR