BDU-nun dekanı vəfat edib

BDU-nun dekanı vəfat edib
  • Clock-gray 16:07
  • calendar-gray 25 Noyabr 2020

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vəfat edib.

APA-nın xəbərinə görə M.Ramazanov bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmmədəli Ramazanov 1958-ci il oktyabrın 31-də Qərbi Azərbaycanın Spitak rayonunun Qursalı kəndində zəhmətkeş ailəsində anadan olub.

1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.

2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib. Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb.

O, 2007-ci ildə "İlin kafedra müdiri", 2013-cü ildə "İlin dekanı" 2008-ci ildə elmi uğurlarına görə "Fəxri Fərman"la, 2009-cu və 2012-ci ildə illəırdə BDU-da "İlin Alimi" fəxri adlarına layiq görülüb.

2012-ci ildən BDU-nun Fizika fakültəsinin dekanı idi.

Sail Ağasəlim

Digər xəbərlər