BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edib
# 28 mart 2021 12:16 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov vəfat edib.

APA bildirir ki, bu barədə BDU-nun Facebook səhifəsində məlumat verilib.

84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR