BDU-nun müəllimi vəfat edib

BDU-nun müəllimi vəfat edib
  • Clock-gray 23:33
  • calendar-gray 27 Mart 2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.

APA- nın məlumatına görə, N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb. 1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb.

1982-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!

apa-logo-mini

Digər xəbərlər