BMT Azərbaycana iqtisadiyyatın bərpası ilə bağlı tövsiyələr verəcək

BMT Azərbaycana iqtisadiyyatın bərpası ilə bağlı tövsiyələr verəcək
# 25 iyun 2020 18:14 (UTC +04:00)

“BMT üzv ölkələrin bilik və təcrübələrindən istifadə edərək Azərbaycan hökumətinə iqtisadiyyatın bərpası üçün tövsiyələr verəcək. Texniki yardım bundan ibarət olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı Türkiyədə çalışan azərbaycanlı həkimlərin Azərbaycana dəvət edilməsi və onların təlim keçməsini təşkil edib: “Bu layihə elə böyük vəsait tələb etmədi. İqtisadiyyatın bərpası ilə bağlı da bu yöndə yardımlar olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR