BMT məişət zorakılığının qarşısının alınması ilə bağlı milli fəaliyyət planının təsdiqini alqışlayıb

BMT məişət zorakılığının qarşısının alınması ilə bağlı milli fəaliyyət planının təsdiqini alqışlayıb
# 02 dekabr 2020 13:47 (UTC +04:00)

BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” Milli Fəaliyyət Planının təsdiq etməsini alqışlayır və qarşıdakı dövrdə fəaliyyət planının icrasının ölkədə məişət zorakılığı ilə mübarizə sahəsində əhəmiyyətli irəliləyişə səbəb olacağından əminliyini bildirir.

Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi bu istiqamətdə həyata keçiriləcək fəaliyyətlərə dəstəyini ifadə edib.

“Nümayəndəlik fəaliyyət planının icrasının gender-əsaslı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində qurulacaq qurumlararası əməkdaşlıq və əlaqələndirmə vasitəsilə vahid milli yönləndirmə mexanizminin təşəkkül tapması üçün möhkəm zəmin yaradacağına ümid etdiyini bəyan edir”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR