BNA “BakıKart” ödəmə terminallarının fəaliyyətində yaranan fasiləyə aydınlıq gətirib

BNA “BakıKart” ödəmə terminallarının fəaliyyətində yaranan fasiləyə aydınlıq gətirib
# 20 fevral 2020 13:38 (UTC +04:00)

Bu gün səhər Bakı Metropoliteninin “Neftçilər” və “Qara Qarayev” stansiyalarında yerləşən “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb.

APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev şəxsi sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, buna səbəb terminalların elektrik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub:

"Problemin “BakıKart” terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir", - deyə BNA-nın sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR