BNA: Heydər Əliyev prospektində sıxlıq avtobusların gecikməsinə səbəb olub

 BNA: Heydər Əliyev prospektində sıxlıq avtobusların gecikməsinə səbəb olub
# 19 fevral 2021 17:31 (UTC +04:00)

Heydər Əliyev prospekti şəhər mərkəzi kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sıxlıq səbəbindən metronun “İçərişəhər” “28 May”, “Gənclik”və “N.Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Qeyd olunub ki, bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR