BNA: Piyadaların təhlükəsizliyi üçün yol kəsişmələrində görülən işlər davam etdirilir

BNA: Piyadaların təhlükəsizliyi üçün yol kəsişmələrində görülən işlər davam etdirilir
# 08 dekabr 2020 16:23 (UTC +04:00)

Piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən yol kəsişmələrindəki bəzi işlər yekunlaşdırılmaq üzrədir.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bura yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi, 80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması daxildir.

Ümumilikdə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyi artırır, piyadaların rahatlığını təmin edir, piyada keçidlərindən istifadəni stimullaşdırır, əlçatanlığın artırılmasına şərait yaradır.

Bildirilib ki, mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR