BNA: Qaldırıcı kran Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində sıxlıq yaradıb

BNA: Qaldırıcı kran Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində sıxlıq yaradıb
# 03 fevral 2021 15:55 (UTC +04:00)

Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, sıxlığa kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi səbəb olub.

"Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq", - deyə BNA-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR