BNA: Qəsəbələrdən şəhərə ekspress xətlərin təşkili düşünülür

BNA: Qəsəbələrdən şəhərə ekspress xətlərin təşkili düşünülür
# 02 aprel 2020 12:40 (UTC +04:00)

“Biz əczaxanalar, karantin mərkəzləri, böyük marketləri nəzərə alaraq ekspress avtobus xətləri təşkil etmişik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V. Kərimli deyib ki, qəsəbələrdən də şəhərə ekspress xətlərin təşkili üzərində düşünülür: “Müntəzəm xətlərin fəaliyyətində dəyişikliklər var. Bununla bağlı da ekspress xətlər fəaliyyətə başlaya bilər”.

V. Kərimli qeyd edib ki, ekspress xətlər metro istifadəçiləri üçün açılıb: “Ancaq ekspress xətlər sərnişinlərin Xətai metrosundan İçərişəhər stansiyasına getməsinə görə qurulmur. Bunu da nəzərə almaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR