BNA: Sabah bəzi avtobusların hərəkət qrafikində dəyişiklik olacaq

BNA: Sabah bəzi avtobusların hərəkət qrafikində dəyişiklik olacaq
  • Clock-gray 16:25
  • calendar-gray 25 Fevral 2021

26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu Xocalı prospekti “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək. 

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. 

Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

Sail Ağasəlim

Digər xəbərlər