BNA Sumqayıtda avtobusun qaçırılması ilə bağlı məlumat yayıb - FOTO

BNA Sumqayıtda avtobusun qaçırılması ilə bağlı məlumat yayıb - FOTO
# 05 fevral 2021 01:16 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) Sumqayıtda avtobusun qaçırılması ilə bağlı məlumat yayıb.

Agentlikdən APA-ya verilən məlumatda bildirilir ki, 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.

"Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb. Məlumat üçün bildiririk ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi "Xaliq Faiqoğlu" MMC-yə aiddir. 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzəm xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı "Xaliq Faiqoğlu" MMC-nin məsul şəxsləri agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR