BNA küləkli havaya görə sürücü və sərnişinlərə müraciət edib

BNA küləkli havaya görə sürücü və sərnişinlərə müraciət edib
# 06 aprel 2021 09:09 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

BNA-dan APA-ya verilən məlumata görə, sərnişinlər dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalıdırlar: "Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR