BŞİH: “Zəfər” muzeyinin 8 noyabr prospektində yaradılması məqsədəuyğundur

BŞİH: “Zəfər” muzeyinin 8 noyabr prospektində yaradılması məqsədəuyğundur
# 14 aprel 2021 10:54 (UTC +04:00)

Paytaxtın Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.

Qeyd edilib ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR