BŞİH-də yeni yaradılan şöbəyə müdir təyin olunub

BŞİH-də yeni yaradılan şöbəyə müdir təyin olunub
  • Clock-gray 14:16
  • calendar-gray 30 Mart 2021

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Qarabağ qazisi Cavid Fərhadov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixdə imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmana edilən dəyişikliyə əsasən, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

Firuzə Vahid

Digər xəbərlər