BŞTİ müdiri Vətən müharibəsində iştirak edən müəllimlərin vəziyyəti ilə maraqlanıb

BŞTİ müdiri Vətən müharibəsində iştirak edən müəllimlərin vəziyyəti ilə maraqlanıb
# 30 dekabr 2020 17:25 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Vətən Müharibəsində yaralanmış, eləcə də müxtəlif dövlət təltiflərinə layiq görülmüş müəllimlərlə telefon vasitəsilə əlaqə saxlayıb, təbriklərini çatdırıb və onların vəziyyəti ilə maraqlanıb.

BŞTİ-dən APA-ya verilən məlumata görə, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə müəllimləri təbrik edən İdarə müdiri onlara möhkəm cansağlığı və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

M.Vəliyeva Vətən Müharibəsində iştirak etmiş müəllimlərin təkcə sinif otaqlarında deyil, döyüş meydanındakı qəhrəmanlıq nümunələri ilə də şagirdlərə vətənpərvərlik dərsi keçdiklərini qeyd edib. İdarə müdiri qazi müəllimlərin qalib ordunun təmsilçisi kimi geri dönərək şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanı olacağını da bildirib.

Qeyd edək ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq müxtəlif xəsarətlər almış müəllimlərə BŞTİ tərəfindən hədiyyələr və bayram sovqatı da göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR