BŞTİ müdiri direktorlara təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib

BŞTİ müdiri direktorlara təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib
# 23 fevral 2021 11:36 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

İdarədən APA-ya verilən xəbərə görə, onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinə son iki ildə təyin olunan direktorlar iştirak ediblər.

Görüşdə Mehriban Vəliyeva məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu bildirib, qarşıda duran vəzifələr barədə məlumat verib.

BŞTİ müdiri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədinin ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, idarəetmənin qabaqcıl təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun qurulmasından ibarət olduğunu diqqətə çatdırıb. İdarə müdiri təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsinin məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılı olduğunu bildirərək onları yenilikçi olmağa, daim araşdırmalar aparmağa səsləyib.

Görüşdə IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşdırılması, rəqəmsal bacarıqlar, STEAM layihəsi, texnologiya dərslərinin təşkili, peşə təmayüllü siniflər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR