BŞTİ müdiri məktəblərin koronavirusa görə bağlanmasına münasibət bildirib

BŞTİ müdiri məktəblərin koronavirusa görə bağlanmasına münasibət bildirib
# 03 mart 2021 17:05 (UTC +04:00)

“Məktəblərin bağlanması bizim qərarımız deyil, bu, yoluxmadan asılı məsələdir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, təhsil müəssisələrində karantin rejiminin müvəqqəti qaydalarına uyğun addımlar atılır, mütəmadi monitorinqlər keçirilir: “Qaydalar tam olaraq yerinə yetirilir. Vaksinasiya da buna görə tətbiq olunur ki, əyani tədrisə tam keçmək mümkün olsun. Karantin rejiminin qaydalarına əməl etmək, vaksinasiyadan keçmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR