BŞTİ: Bu il 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ: Bu il 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
# 16 dekabr 2019 15:35 (UTC +04:00)

“Bu il Bakıda 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub”.

APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. O bildirib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub.

"2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb”, -deyə R.Tağıyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR