Badamdarda sürüşmənin dinamikasında zəifləmə qeydə alınıb

Badamdarda sürüşmənin dinamikasında zəifləmə qeydə alınıb
# 02 fevral 2021 17:07 (UTC +04:00)

“Mütəxəssislər tərəfindən hər gün Badamdar sürüşmə ərazisində monitorinqlər fasiləsiz davam etdirilir”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib. O bildirib ki, proseslərin dinamikasında zəifləmə qeyd edilsə də, tam qərarlaşmayıb: “Zamana ehtiyac var. Son günlərin yağışları suxurların qismən kolloidləşməsinə şərait yaradıb. Eyni zamanda mərkəzi süxur kütləsinin axması zamanı sağ və sol cinahlarda qismən asılı süxur kütlələrinin yaranmasına səbəb olub. Orada proseslərin qərarlaşmasını gözləyirik ki, qısa zamanda bərpa işlərinə başlayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR