Bahar Muradova Azərbaycan uşaqlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib

Bahar Muradova Azərbaycan uşaqlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib
# 01 iyun 2020 10:14 (UTC +04:00)

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə onlayn video konfrans keçirilib.

Komitədən APA-ya verilən xəbərə görə, B. Muradova Azərbaycan uşaqlarını 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb. Komitə sədri ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsi, sağlamlığının qorunması, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR