Bakı Bulvarındakı “Qu quşları” fəvvarə kompleksi bərpa edilib

Bakı Bulvarındakı “Qu quşları” fəvvarə kompleksi bərpa edilib
# 28 dekabr 2020 17:10 (UTC +04:00)

Bakı bulvarının tarixi rəmzlərindən biri olan “Qu quşları” fəvvarə kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən bərpa edilib.

Fonddan APA-ya verilən məlumata görə, 2018-ci il avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR