Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bu gündən iyunun 8-dək küçəyə çıxmaq qadağandır

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bu gündən iyunun 8-dək küçəyə çıxmaq qadağandır
  • Clock-gray 00:00
  • calendar-gray 06 İyun 2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.

apa-logo-mini

Digər xəbərlər