Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə, Abşerona və daha 11 rayon mərkəzinə giriş-çıxış dayandırılıb

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə, Abşerona və daha 11 rayon mərkəzinə giriş-çıxış dayandırılıb
  • Clock-gray 00:00
  • calendar-gray 14 Dekabr 2020

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar bu gündən bəzi şəhər və rayonlara nəqliyyat vasitələrinin giriş-çıxış dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək dayandırılıb.

apa-logo-mini

Digər xəbərlər