Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları ödənilib
  • Clock-gray 10:46
  • calendar-gray 11 Fevral 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə  fevral ayının pensiyaları ödənilib. 

Nazirlikdən APA-ya verilən məlumata görə, vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Xatırladaq ki,  yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.

 

 

Günay Elşadqızı

Digər xəbərlər