Bakı və Abşeronda 2 yeni DOST mərkəzi açılacaq

Bakı və Abşeronda 2 yeni DOST mərkəzi açılacaq
  • Clock-gray 12:36
  • calendar-gray 19 Mart 2021

“Yaxın zamanlarda Bakı şəhərində 4 saylı Bakı DOST mərkəzinin açılışı planlaşdırılır”. 

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki “Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, yaxın bir neçə həftə ərzində həmin mərkəzin açılışı həyata keçiriləcək:

“4 saylı Bakı DOST mərkəzi Binəqədi və Nərimanov rayonlarında 500 minə yaxın əhalini əhatə edəcək. Onlardan 220 minə yaxını sosial müdafiə sisteminə cəlb olunmuş vətındaşlardır. Eyni zamanda, yaxın bir ay ərzində Abşeron rayonu üzrə də DOST mərkəzinin də açılışı nəzərdə tutulub. Bu mərkəz Xırdalan şəhərində fəaliyyət göstərəcək. Bu mərkəzdə Abşeron rayonunda qeydiyyatda olan vətəndaşlara xidmət göstəriləcək”. 

F.Məmmədov qeyd edib ki, hazırda Bakıda 3 DOST mərkəzi fəaliyyət göstərir:

“1 saylı Bakı DOST Mərkəzi 3 rayonu (Yasamal, Səabel, Qaradağ) əhatə edir. Həmin mərkəz vasitəsilə əlavə olaraq 2 rayona da xidmət göstəririk – Şuşa və Zəngilan qeydiyyatında olan vətəndaşlara. 2 saylı Bakı DOST mərkəzi Xəzər və Pirallahı rayonlarına xidmət göstərir. 3 saylı Bakı DOST mərkəzi isə Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edir. Hazırda 8 rayonu əhatə edirik, ümumilikdə 1 milyondan çox vətəndaşa xidmət göstəririk”. 

Günay Elşadqızı

Digər xəbərlər