Bakı və daha 16 şəhər-rayonda dəfndə iştirak üçün DİN-dən icazə alınmalıdır

Bakı və daha 16 şəhər-rayonda dəfndə iştirak üçün DİN-dən icazə alınmalıdır
# 14 dekabr 2020 00:00 (UTC +04:00)

Bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək 5 şəhər və 12 rayonda hərəkət məhdudiyyəti tətbiq edildiyindən bu ərazilərdə dəfn mərasimində iştirak icazə ilə mümkün olacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hər bir şəxs yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR