Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir
# 19 aprel 2021 08:59 (UTC +04:00)

28 May-K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bu səbəbdən hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR