Bakıda 2000 müəssisədə pandemiyaya nəzarət üzrə məsul şəxs müəyyənləşib

Bakıda 2000 müəssisədə pandemiyaya nəzarət üzrə məsul şəxs müəyyənləşib
# 12 fevral 2021 16:49 (UTC +04:00)

“Bütün ictimai iaşə müəssisələrində pandemiya qaydalarına nəzarət edən məsul şəxslər olmalıdır. İndiyə qədər Bakıda təxminən 2000 ictimai iaşə müəssisəsi məsul şəxslərini müəyyən edib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəis müavini Elxan Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün müəssisələrdə məsul şəxslərlə bağlı qərarlar əmrləşdirilməlidir: “Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, bu qaydaya riayət olunmadıqda vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək, hüquqi şəxslərə 5000 manatdan 11 min manatadək cərimə gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR